Ermənilər Şuşaya səfər edən Ukraynanın ölkəmizdəki səfiri Vlasislav Kanevskə qarşı hücuma keçiblər.
“Xəyal gerçəkləşir! Qarabağın ürəyi və Azərbaycan xalqının mənəvi paytaxtı olan Şuşa şəhərini ziyarət etdim! Bu, həm Azərbaycanın böyük tarixi və mədəni irsi, həm də azad edilmiş ərazilərin genişmiqyaslı yenidənqurma layihələri ilə ilk tanışlıqdır”, - deyə səfir tvitter hesabında bölüşüb.
Səfirin bu paylaşımından sonra bəzi erməni saytlarında və sosial şəbəkələrdə səfirin Şuşaya səfər etməsi tənqid olunub. Ermənilər Şuşanı hələ də öz şəhərləri hesab edərək Minsk qrupunun həmsədr ölkələrinin - ABŞ, Rusiya və Fransanın səfirlərinin bura səfər etməməsini xüsusi qabardıblar.
Ukraynalı ekspertlər, siyasi fəallar ermənilərin səfirə qarşı hücumlarını cavabsız qoymayıblar.
"Siz hələ də öz uydurduğunuz nağıllar aləmindəsiniz. Reallığı qəbul etməyin zamanıdır", deyə Ukrayna vətəndaşları bildiriblər.