Ukraynanın Türkiyədən aldığı “Bayraktar TB2” pilotsuz uçan aparatları (PUA) bu ölkənin Müstəqillik Günündə nümayiş olunacaq.
Teleqraf.com xəbər verir ki, “Bayraktar TB2”lər Müstəqillik Günündən əvvəl hərbi məşqlər zamanı Kiyev küçələrinə çıxarılıb.
Avqustun 24-də paytaxt Kiyevdə qeyd olunacaq Müstəqillik Günü ilə əlaqədar hərbi paradın məşqləri keçirilib.
Son məşqdə Ukraynanın Türkiyədən aldığı “Bayraktar TB2” dronları Kiyevdə sərgilənib. Türk dronları hərbi məşqləri izləyən kiyevlilərin diqqət mərkəzində olub.
Ukrayna Dövlət Araşdırma İnstitutu “Bayraktar TB2”-nin döyüş qabiliyyətini 3 həftə əvvəl keçirdiyi testlərdə yüksək qiymətləndirib. Türk dronlarının qlobal miqyaslı elektron müharibədə yüksək performansa sahib olduğu vurğulanıb.
Ukrayna ordusu NATO-nun Qara dənizdəki təlimində də “Bayraktar TB2”dən istifadə edib.