5 Sentyabr 2021 12:57
780
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarabağın hava qapısı olan Füzuli Beynəlxalq Hava Limanına “Qarabağ” sərnişin təyyarəsi və ən böyük yük təyyarələrindən biri olan “Boeing 747-400” tipli hava gəmisi texniki uçuşlarını həyata keçiriblər.

Teleqraf.com xəbər verir ki, bunu bu gün Bakıdan Füzuli Beynəlxalq Hava Limanına sərnişin və yük təyyarələri ilə sınaq uçuşunun həyata keçirilməsinə münasibət bildirən "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) vitse-prezidenti Eldar Hacıyev söyləyib.

“Bizim hər birimizin keçirdiyimiz hisləri sözlə ifadə etmək çətindir. Cəmi 1 il əvvəl bu torpaqlarımız işğal altında idi, 11 ay əvvəl bu torpaqlarda qızğın döyüşlər gedirdi. Bugünkü hisləri bizə yaşadan Ali Baş Komandanımıza, Azərbaycan Ordusuna öz minnətdarlığımızı bildiririk. Qarabağa xoş gəlmisiniz!”- Eldar Hacıyev qeyd edib.

E. Hacıyev qeyd edib ki, Azərbaycan Prezidentinin sərəncamı ilə artıq Şərqi Zəngəzur bölgəsində iki hava limanının da inşasına başlanıb: “İnşallah, növbəti illərdə Şərqi Zəngəzurdakı həmin hava limanlarının açılışında da birgə iştirak edəcəyik”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər