7 Sentyabr 2021 10:45
834
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çilidə COVID-19 əleyhinə peyvənd yaşı 6-ya endirilib.

Teleqraf.com xəbər verir ki, bununla bağlı Çili İctimai Sağlamlıq İnstitutu (ISS) qərar qəbul edib.

İnstitutun topladığı qiymətləndirmə panelindəki mütəxəssislərdən beşi 6 yaşdan yuxarı uşaqlara peyvəndin vurulmasının lehinə, ikisi yalnız 12 yaşdan yuxarı uşaqlara verilməsinin lehinə, biri isə əleyhinə səs verib.

İnstitutun direktoru professor Heriberto Qarsia peyvəndin uşaqlarda 100 faiz antikor istehsal etdiyini bildirib: “Ölkəyə 23,6 milyon doza “Sinovac” peyvəndi gəldikdən sonra vaksinin uşaqlara necə tətbiq olunacağına Səhiyyə Nazirliyi qərar verəcək”.

Çili son aylarda 12 yaşdan 18 yaşa qədər olan uşaqlara “Pfizer” və “BioNTech” peyvəndi vurulmasını təsdiq etmişdi. Ancaq lazımi qədər peyvənd dozası olmadığı üçün tətbiq bir ay sonra dayandırılıb.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər