Bu gün müdafiə naziri general-polkovnik Zakir Həsənov Müstəqil Dövlətlər Birliyinin müdafiə nazirləri Şurasının Moskva şəhərində keçirilən növbəti iclasında iştirak edib.
Müdafiə Nazilriyindən Teleqraf.com-a verilən məlumata görə, səfər çərçivəsində Z.Həsənov bir sıra ölkələrin müdafiə nazirləri ilə ikitərəfli görüşlər keçirərək regional məsələləri müzakirə edib.
Həmçinin hərbi sahədə əməkdaşlıq planları imzalayıb, hərbi-təhsil, təlim və Silahlı Qüvvələrin inkişaf yolları barədə fikir mübadiləsi aparıb.
BƏXTİYAR