4 Noyabr 2021 22:44
1 063
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Biz qonşularımızı özümüzə qohum hesab edirik və qohumluq münasibətlərini tənzimləyən prinsipləri yüksək qiymətləndiririk".

Teleqraf.com xəbər verir ki, bu bəyanatla İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan çıxış edib.

"Bəzi məsələlərdə fikir ayrılıqları ola bilər, lakin qarşıya çıxan maneələri dəf etmək üçün hər iki tərəfin ciddi iradə nümayiş etdirməsi önəmlidir", - nazir bildirib.

İranın xarici işlər naziri azərbaycanlı həmkarı Ceyhun Bayramovla iki ölkə arasında münasibətlərin hərtərəfli inkişafı və anlaşılmazlıqların aradan qaldırılması üçün müsbət əlaqələri və məsləhətləşmələri davam etdirəcəyini söyləyib: "Biz bu kontekstdə ictimai rəy və media məkanının daha yaxşı idarə olunması üçün ikitərəfli əməkdaşlığın artırılması və birgə komitənin formalaşdırılması barədə razılığa gəldik".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər