5 Noyabr 2021 12:12
494
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mən çox şadam ki, artıq Qarabağda insanların ölməsindən yox, hamımız orada görülən quruculuq işlərindən danışırıq.

Teleqraf.com xəbər verir ki, bunu Moldovanın keçmiş Baş naziri Çiril Qaburici VIII Qlobal Bakı Forumunda jurnalistlərə açıqlamasında deyib.

O, Qarabağda görülən quruculuq işlərini yüksək qiymətləndirdiyini deyib: "Azərbaycan Prezidentinin bildirdiyi kimi, artıq orada evlər, məktəblər, uşaq bağçaları, mədəniyyət mərkəzləri tikilir, yeni infrastrukturlar yaradılır. Bu, çox vacibdir.

Bu, bir daha sübut edir ki, Azərbaycan öz insanlarının yaxşı yaşaması üçün şərait yaratmağa qadirdir".

Çiril Qaburici Azərbaycanın uğurlu vaksinləşmə prosesini apardığını da qeyd edib: "Post-pandemiyadan danışmaq hələ tezdir, çünki pandemiya hələ də davam edir. Azərbaycana gəldikdə isə ötən gün Prezident İlham Əliyev bildirdi ki, koronavirusla bağlı ölkədə vəziyyət yaxşıdır, çünki uğurlu vaksinləşmə prosesi gedir. Düşünürəm ki, Azərbaycan bu məsələdə bir çox ölkələrə nümunədir".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər