“Dörd gün əvvəl Azərbaycan xalqı Qarabağın işğaldan azad olunmasını sevinclə və qürurla qeyd etdi. Biz təxminən 30 illik işğala son qoyduq”.
Teleqraf.com-un xəbərinə görə, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının İstanbulda keçirilən VIII Zirvə görüşündə çıxışı zamanı deyib.
“Birləşmiş Millətlər Təşkilatının 1993-cü ildə qəbul etdiyi və kağız üzərində qalan qətnamələri yerinə yetirdik, icra etdik. Tarixi ədaləti bərpa etdik. Beynəlxalq hüququ bərpa etdik. Milli ləyaqətimizi bərpa etdik”, - Prezident vurğulayıb.