13 Noyabr 2021 12:09
409
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrlik etdiyi dövrdə, xüsusilə Vətən müharibəsində qazandığı rəşadətli Qələbə ilə bütün türk dünyasının rəğbətini qazandı. Təşkilatın sıralarının genişlənməsi böyük milli qənimətdir. İndi enerji məsələsi başda olmaqla, bütün sahələr üzrə türk dünyasını bir araya gətirəcək yeni mexanizmlərin təminatı üçün infrastruktur hazırlanır.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında Türkiyədə fəaliyyət göstərən Xarici Siyasət İnstitutunun rəhbəri professor Hüseyn Bağcı ifadə edib.

Qarşıdakı dövrdə türk dünyasının siyasi və iqtisadi sahədə çoxşaxəli əməkdaşlıq imkanı qazanacağını, bu birlik platformasının bütün dünya tərəfindən diqqətlə izlənildiyini diqqətə çatdıran professor Hüseyn Bağcı deyib: “Hansı prizmadan baxsaq, Azərbaycan Türk Şurasına sədrliyi dövründə böyük uğurlar qazanıb. Təşkilatın sıraları genişlənib, dünyadakı nüfuzu artıb. Qarşıdakı dövrdə bu dinamikanın yüksəlişi qorunmalıdır”.

Qarşıdakı illərdə türk dünyasının həm qlobal, həm də regional proseslərə təsirinin genişlənəcəyinə və artacağına əminliyini ifadə edən türkiyəli alim deyib: “Zəngəzur dəhlizi həm Türkiyə, həm də Orta Asiya bölgəsi üçün xüsusi əhəmiyyət daşıyacaq. Bu dəhliz türk dünyasının bütün sahələr üzrə əlaqələrinin genişlənməsi və inteqrasiya baxımından böyük gücə malik olacaq".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər