Biz bu gün qalib xalqın nümayəndələri olaraq bu forumda toplaşmışıq.
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumunda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.
O bildirib ki, forum dövlət orqanlarının, ictimaiyyət nümayəndələrinin və KİV-in uşaq hüquqlarının qorunmasında diqqəti yönəltmək üçün önəmli məsələdir:
"Qəhrəman şəhidlərimizin övladları da bugünkü forumda iştirak edir. Uşaqların sağlam böyüməsi, keyfiyyətli təhsil alması, zorakılıqdan qorunması dövlətin prioritet siyasətindən biridir. Bu siyasət hər il daha da uğurlu şəkildə reallaşdırılır".