1 Dekabr 2021 00:41
1 075
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün – dekabrın 1-də Laçın rayonunun Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsinin birinci ildönümüdür.

Teleqraf.com İkinci Qarabağ müharibəsinin xronologiyasını təqdim edir.

Qeyd edək ki, Laçın rayonunun işğalından azad olunması Azərbaycan, Rusiya və Ermənistan liderlərinin noyabrın 10-da imzaladığı Qarabağ üzrə üçtərəfli bəyanat əsasında baş verib. Bəyanatda 10 noyabr 2020-ci ildən etibarən tam bir atəşkəs və Qarabağ münaqişəsi bölgəsindəki bütün hərbi əməliyyatların dayandırılması elan edilir. Bu bəyanatın müddəalarına əsasən, Azərbaycan Ordusu bölgədə tam qalib elan edilir.

Bəyanata görə, Laçın rayonu 2020-ci il dekabrın 1-dək Azərbaycan Respublikasına təhvil verilir.

Prezident İlham Əliyev dekabrın 1-də xalqa müraciət edir:

Dövlət başçısı Laçın rayonunun işğaldan azad olunması münasibətilə həmvətənlərini, , daha sonra bütün laçınlıları təbrik edib: “Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir. Özü də bir güllə atmadan biz Laçın rayonunu qaytardıq. Düşməni buna məcbur etdik. Döyüş meydanında əldə edilmiş parlaq qələbə bu gözəl nəticəyə gətirib çıxardı ki, üç rayonumuz – Ağdam, Kəlbəcər və Laçın bizə qaytarıldı. Biz bu rayonları bir güllə atmadan, bir şəhid vermədən qaytarmışıq.

Laçın rayonu ölkəmizin ən böyük rayonlarından biridir, ərazisi 1800 kvadrat kilometrdir. Laçın rayonunun zəngin təbiəti, tarixi abidələri, yeraltı sərvətləri bizim milli sərvətimizdir. Laçın rayonunun Azərbaycanın gələcək iqtisadi inkişaf işlərində mühüm rolu olacaqdır. İlk növbədə, biz Laçına laçınlıları qaytaracağıq. Əziz laçınlıları bu gözəl hadisə münasibətilə ürəkdən təbrik edirəm, gözaydınlığı verirəm. Laçın işğal olunanda bu rayonda təqribən 50 mindən bir qədər çox əhali yaşayırdı. İndi Laçın rayonunun əhalisi 80 min nəfərə çatıb. Əlbəttə ki, laçınlıları qısa müddət ərzində Laçına qaytarmaq bizim əsas vəzifələrimizdən biri olacaqdır. Həmçinin biz çalışacağıq ki, keçmiş məcburi köçkünləri işğaldan azad edilmiş bütün digər rayonlarımıza qısa müddət ərzində qaytaraq”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər