Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan ilə üçtərəfli formatda danışıqlardan sonra regionda nəqliyyat kommunikasiyaları açılacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanla keçirdiyi ikitərəfli görüşdə bildirib.
“Bu gün üçtərəfli formatda müzakirə etdiyimiz rabitə, nəqliyyat marşrutları regionun bütün ölkələrinin, o cümlədən Rusiyanın iqtisadiyyatı üçün son dərəcə vacibdir, çünki strateji tərəfdaşlığımızı təmin edəcək kommunikasiya xətlərinin bərpasında maraqlıyıq. Ümid edirəm ki, biz bu işin son mərhələsinədək irəliləyəcəyik. Mən bu gün gördüm ki, əlavə təsdiq tələb edən bəzi şeylər var, lakin fundamental xarakter daşımır", - Putin qeyd edib.
Rusiya prezidenti vurğulayıb ki, iqtisadi məsələlər razılaşdırılıb, bundan sonra bölgədə fərqli ab-hava yaranacaq.