30 Noyabr 2021 14:29
979
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Milli Müdafiə Nazirliyi helikopter qəzasına görə Azərbaycana başsağlığı verib.

Teleqraf.com-un məlumatına görə, bu barədə nazirliyin tvitter səhifəsində paylaşım edilib.

"Qardaş Azərbaycanda Dövlət Sərhəd Xidmətinə aid bir helikopterin qəzaya uğraması xəbərini kədərlə öyrəndik. Bu hadisədə itirdiyimiz şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza şəfa, bütün azərbaycanlı qardaşlarımıza başsağlığı verir və səbir diləyirik", - paylaşımda qeyd olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər