Rusiyanın “LUKOYL” Publik Səhmdar Cəmiyyətinin prezidenti Vahid Ələkbərov Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Teleqraf.com xəbər verir ki, məktubda deyilir:
"Hörmətli İlham Heydər oğlu,
İcazə verin, “LUKOYL” Publik Səhmdar Cəmiyyətinin rəhbərliyi adından və şəxsən öz adımdan yubileyiniz münasibətilə Sizi ürəkdən təbrik edim.
Siz Azərbaycan Respublikasının rifahı naminə çoxillik fədakar əməyiniz, dərin biliyiniz, gözəl şəxsi keyfiyyətlərinizlə ölkədə və xaricdə həmkarlarınız və tərəfdaşlarınız arasında böyük hörmət və nüfuz qazanmısınız.
Uzun illər ərzində əldə edilmiş zəngin siyasi və iqtisadi iş təcrübəsi Sizə ali dövlət postunda öz vəzifələrinizi uğurla yerinə yetirməyə və qarşıda duran bütün məsələləri səmərəli həll etməyə imkan verir.
Fürsətdən istifadə edərək, şirkətimizə və onun respublika ərazisində həyata keçirdiyi layihələrə daim göstərdiyiniz diqqət və dəstəyə görə dərin minnətdarlığımı bildirmək istərdim. Biz üzərimizə götürdüyümüz bütün öhdəlikləri bundan sonra da dəqiq yerinə yetirmək və ölkələrimizin xalqlarının mənafeyinə uyğun olaraq qarşılıqlı faydalı əlaqələri fəal şəkildə inkişaf etdirmək üçün bütün səylərimizi göstərəcəyik.
Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, tükənməz enerji və nikbinlik, gələcək səmərəli fəaliyyət, bütün işlərinizdə uğurlar arzulayıram!".