“Qazprom” Publik Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Aleksey Miller Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.
Teleqraf.com xəbər verir ki, mətndə deyilir:
"Hörmətli İlham Heydər oğlu,
“Qazprom” Publik Səhmdar Cəmiyyətinin İdarə Heyəti adından və şəxsən öz adımdan Sizi əlamətdar yubileyiniz – anadan olmağınızın 60 illiyi münasibətilə ürəkdən təbrik edirəm.
Sizə səmimi qəlbdən möhkəm cansağlığı, firavanlıq, səmərli və uğurlu fəaliyyət, Azərbaycan naminə yeni genişmiqyaslı zəfərlər diləyirəm".