Xarici işlər naziri Ceyhun Bayramovla türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında telefon danışığı baş tutub.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə XİN-in mətbuat xidməti məlumat yayıb.
Məlumata əsasən, telefon danışığı zamanı ikitərəfli münasibətlər və Cənubi Qafqazdakı vəziyyət müzakirə edilib.