Buster doza tətbiqi vaksin sertifikatının müddətini uzadır və hər hansı məhdudiyyət tətbiq olunmur.
Teleqraf.com xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
O bildirib ki, buster doza vurduran şəxslərin vaksin setifikatı müddətsizdir: "Təbii ki, qarşıdakı epidemioloji göstəricilər dəyişdiyi zaman sertifikatın müddətinə məhdudiyyət qoyula bilər. Lakin hazırda heç bir məhdudiyyət yoxdur. Yanlız fevral ayının 15-dən etibarən 2 doza vaksin sertifikatları 6 aydan sonra etibarsız sayılacaq".