Əlcəzairin “Əl Hərir” portalında Türkiyə və Avrasiya üzrə tədqiqatçı, suriyalı həkim Muxtar Fatih Beydilinin “Şuşa Bəyannaməsi Türkiyə-Azərbaycan qardaşlığının rəmzidir” sərlövhəli məqaləsi yerləşdirilib.
Teleqraf.com xəbər verir ki, məqalədə Şuşa Bəyannaməsi iki qardaş ölkənin əlaqələrinin tarixində ən qiymətli sənəd kimi qiymətləndirilib.
Məqalədə Azərbaycanın və Qafqazın mədəniyyət paytaxtı Şuşa, onun bəşər mədəniyyətinə bəxş etdiyi görkəmli şəxsiyyətlər haqqında ətraflı məlumat verilib. M.Beydili qeyd edib ki, erməni işğalçıları bu şəhərdə İslam irsi nümunələrini, məscidləri dağıdıblar. İkinci Qarabağ müharibəsi zamanı azadlığına qovuşan Şuşa Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da qeyd etdiyi kimi, iki qardaş ölkə arasında əlaqələrin gələcək yol xəritəsinə çevrilib.