Müdafiə Nazirliyində əməliyyat keçirilib, bir neçə vəzifəli şəxs həbs edilib.
Teleqraf.com xəbər verir ki, nazirliyinin Maliyyə İdarəsinin rəisi polkovnik Rafael Xəlilov, Quru Qoşunlarının maliyyə şöbəsinin rəisi Bayram Bayramov, "N" saylı hərbi hissənin maliyyə şöbəsinin rəisi Fərahim Sərkərov və nazirliyin zabiti Vüsal Əlizadə saxlanılıblar.
Saxlanılanlar barəsində istintaq orqanının təqdimatına baxılıb.
Bakı Hərbi Məhkəməsində təqdimat təmin edilib. Təqdimatlara hakim Elbəyi Allahverdiyev baxıb.
Təqsirləndirilən şəxslərin hər biri barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.