15 Fevral 2022 20:39
725
12 Punto 14 Punto 16 Punto 18 Punto

Erməni mətbuatında yayılan guya Azərbaycan Ordusunun bölmələrinin Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində atəş açması nəticəsində qanunsuz erməni silahlı dəstə üzvünün ağır yaralanması barədə məlumat yalandır.

Teleqraf.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin (MN) məlumatında deyilir.

"Erməni tərəfi qanunsuz birləşmənin üzvləri arasında baş verən cinayətləri ört basdır etmək üçün növbəti təxribata əl atıb", - məlumatda bildirilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər