Azərbaycan Antalya Diplomatik Forumunda təmsil olunacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə keçirdiyi birgə mətbuat konfransında deyib.
"Gələn həftə Azərbaycan nümayəndə heyəti Antalya Diplomatik Forumuna qatılacaq", - nazir bildirib.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu isə bildirib ki, bütün beynəlxalq təşkilatların təmsilçiləri də orada olacaq: "Biz hər kəsi dəvət etdik. Tədbirə Ermənistanı da dəvət etmişik".