13 Mart 2022 15:14
943
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Antalya Diplomatik Forumu çərçivəsində Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla da təkbətək görüş keçirdik. Erməni həmkarımla danışıq zamanı Azərbaycanla sülh müqaviləsinin bağlanması gündəmdə olan məsələlərdən idi".

Teleqraf.com xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Antalya Diplomatik Forumunun yekununa dair mətbuat konfransında Azərbaycan mediası nümayəndələrinin suallarını cavablandırarkən bildirib.

Nazir qeyd edib ki, görüş zamanı Ermənistanın XİN başçısı Azərbaycanla sülhün bərqərar olunmasında maraqlı olduqlarını qeyd edib.

Onun sözlərinə görə, ikinci Qarabağ müharibəsi bitdikdən, Azərbaycan torpaqlarını işğaldan azad edəndən sonra, iki ölkə olaraq gücümüzü sülh və sabitlik üçün birləşdirib. Nazir deyib ki, Ermənistan Azərbaycanın sülh təklifinə cavab verməlidir: "Bölgənin sabitliyi üçün hər kəsin çalışması lazımdır. Bizim Azərbaycanla 3 və 4-lü formatda əməkdaşlıq mexanizmlərimiz var. Bir gün sülh olsa, niyə Ermənistan da bu formatlara qatılmasın? Fikrimcə, sülh sazişinə dair danışıqlarda 3-cü tərəfə ehtiyac yoxdur. Azərbaycan və Ermənistan masa arxasında oturub danışmalıdırlar. Biz isə iki tərəf arasında sülh naminə atılacaq bütün addımları dəstəkləyirik”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər