Baş Prokurorluqda kadr dəyişikliyi aparılıb.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Teleqraf.com-a bildirib ki, baş prokuror Zakir Qaralovun imzaladığı müvafiq əmrlərlə Gəncə şəhər prokuroru Adil Vəliyev və Yasamal rayon prokuroru Həsrət Pirməmmədov səlahiyyət müddətlərinin başa çatması ilə əlaqədar tutduqları vəzifədən azad ediliblər.
Eldar Sultanovun sözlərinə görə, Həsrət Pirməmmədov Baş Prokurorluğun Prokurorluqda İstintaqa Nəzarət İdarəsinin prokuroru, Adil Vəliyev isə Baş Prokurorluğun MTN, FHN və Dövlət Sərhədi Xidmətinin İstintaq, Təhqiqat və Əməliyyat-Axtarış Fəaliyyətində Qanunların İcrasına Nəzarət İdarəsinin prokuroru vəzifələrinə təyin ediliblər.
Hacı Zeynalov