28 Noyabr 2014 11:06
802
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakıda “BMT-nin Avropa İqtisadi Komissiyası (AİK) regionunda daşınmaz əmlak idarəçiliyi sistemlərinin müqayisəsi və Daşınmaz Əmlak İdarəçiliyinin Qiymətləndirilməsi Proqramının icra vəziyyəti mövzusunda beynəlxalq tədbir keçirilib.

Teleqraf.com xəbər verir ki, tədbir Əmlak Məsələləri Dövlət Komitəsi, AİK və Dünya Bankı ilə əməkdaşlıq çərçivəsində baş tutub.

BMT AİK-nın Daşınmaz Əmlak İdarəçiliyi üzrə Hökumətlərarası İşçi qrupunun sədri Elşad Xanəlibəyli Əmlak Məsələləri Dövlət Komitəsinin AİK, Dünya Bankı və digər əlaqədar təşkilatlarla, inkişaf etmiş dövlətlərin müvafiq qurumları ilə əməkdaşlığa xüsusi əhəmiyyət verdiyini deyib: “Bu baxımdan da bu tədbir nəinki ölkəmiz üçün, habelə beynəlxalq müstəvidə mühüm əhəmiyyət kəsb edir”.

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov bildirib ki, son illər ərzində dövlət əmlakının idarə edilməsi, özəlləşdirilməsi və icarəsi, daşınmaz əmlakın qeydiyyatı və kadastrı və ünvan reyestri sahələrində mühüm nailiyyətlər əldə edilib: “Aparılan özəlləşdirmə və torpaq islahatları daşınmaz əmlak bazarında xüsusi canlanma yaradıb. Daşınmaz əmlak infrastrukturunun inkişaf etdirilməsi yolunda atılan addımlar beynəlxalq aləmdə də yüksək qiymətləndirilir. Belə ki, Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən hər il dərc olunan “Doing Business” hesabatlarında Azərbaycan aparıcı islahatçı ölkələrin siyahısında, həmçinin daşınmaz əmlakın qeydiyyatına görə ön sıralarda yer alır. Qısa müddətdə dövlət reyestrində mühüm irəliləyişlər əldə edilib”.

Komitə sədri qeyd edib ki, bu tədbirlər fonunda komitə öz fəaliyyətində beynəlxalq təcrübənin tətbiqi və bu istiqamətdə xarici ölkələrlə həyata keçirilən əməkdaşlığa daim xüsusi diqqət ayırır.

İlhamə


Müəllif:

Oxşar xəbərlər