Daşaltı kəndində yenidənqurma və bərpa işləri ilə bağlı baş planın hazırlanması son mərhələdədir.
Teleqraf.com Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov Şuşada keçirilən konfransda çıxışı zamanı bildirib.
O qeyd edib ki, plan tamamlandıqdan sonra kənddə yenidənqurma işlərinə başlanılacaq.
A.Kərimov, həmçinin, Daşaltı kəndinin böyük turizm potensialı olduğunu vurğulayıb.