27 Avqust 2022 20:03
1 754
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycan dövlətinin öz torpaqlarını beynəlxalq hüquq çərçivəsində qaytarması bizi çox sevindirir".

Teleqraf.com xəbər verir ki, bunu Şuşada jurnalistlərə açıqlamasında Bosniya və Herseqovinanın Türkiyədəki səfiri Adis Alagic deyib.

"Bosniya xalqının Azərbaycan xalqına salamlarını çatdırmaq istəyirəm. Xalqlarımızın ortaq tarixi, ortaq mədəniyyəti, ortaq kədərləri var. Ən əsası isə ortaq gələcəyə baxışımız var".

O bildirib ki, Azərbaycan sülhün, barışığın tərəfdarıdır və bu istiqamətlə işlərini uğurla davam etdirir.

"Biz də öz növbəmizdə bu məsələdə Azərbaycanı dəstəkləyirik” - səfir bildirib.

Qeyd edək ki, Bosniya və Herseqovinanın Türkiyədəki səfiri Adis Alagic bu gün Şuşada keçirilən Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, minalardan təmizlənməsi, münaqişədən sonrakı dövrdə şəhərsalma potensialından istifadə və beynəlxalq əməkdaşlıq imkanlarına həsr olunmuş konfransda iştirak edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər