12 Sentyabr 2022 15:41
783
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Mətbuat Şurasının fəaliyyətində gərgin dövrdür. Tezliklə qurultay olacaq. Bu, bizim jurnalistlərlə bağlı taleyüklü məsələləri arxa plana keçirməyimizə əsas vermir. Azərbaycan Mətbuat Şurası tutduğu əməldən, ona qarşı irəli sürülmüş ittihamdan asılı olmayaraq, jurnalist həbsindən həmişə narahatdır".

Teleqraf.com xəbər verir ki, bu fikirləri Mətbuat Şurasının sədri Əflatun Amaşov Əzəv Zeynallının həbsi ilə bağlı deyib.

Əflatun Amaşov bildirib ki, o cümlədən "Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallının həbsindən də narahatıq:

"Arzu edərdik ki, azadlığına qovuşsun. Mətbuat Şurası olaraq məsələnin hüquqi tərəflərini mübahisələndirməkdən də uzağıq. Azərbaycan hüquq sisteminin ədalətinə sığınaraq məsələni diqqətdə saxlayırıq. Məsələ isə kifayət qədər həssasdır. İnanıram ki, ona ədalət prizmasından yanaşılacaqdır".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər