Türkiyə Milli Müdafiə Nazirliyi Ermənistanın təxribatı nəticəsində şəhid olmuş hərbçilərlə bağlı Azərbaycana başsağlığı verib.
Teleqraf.com xəbər verir ki, bununla bağlı nazirlik tviterdə paylaşım edib.
Paylaşımda deyilir: "Ermənistanla sərhəd xəttində baş verən toqquşmalarda şəhid olan Azərbaycan ordusunun qəhrəman əsgərlərinə Allahdan rəhmət, yaralılara tezliklə şəfa, qardaş Azərbaycan xalqına isə başsağlığı və səbr diləyirik".