17 Sentyabr 2022 14:27
2 658
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İrəvana gələn Nensi Pelosi anlamalıdır ki, bura Tayvan deyil”.

Teleqraf.com xəbər verir ki, bunu rusiyalı hərbi ekspert İqor Korotçenko deyib.

“Nensi Pelosinin özü üçün anlamalı olduğu əsas məsələ budur ki, Qarabağ Azərbaycandır. Nə o, nə də başqası bunu dəyişə biləcək. Siz Ermənistanı hücuma təhrik etməyə başlasanız, “Dəmir yumruq” həmişə yerindədir. Bu, sizin üçün Tayvan, onlar sizin ağlınızı başınıza gətirəcəklər”, - ekspert bildirib.

Korotçenko Ermənistan baş nazirinin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində iştirakdan imtina etməsini də bu səfərlə əlaqələndirib:

“Belə təəssürat yaranır ki, Nikol Paşinyan ŞƏT-in sammitinə gəlməkdən qəsdən imtina edib. O, bundan imtina etmək üçün “Ermənistandakı ağır ictimai-siyasi vəziyyət”in arxasında gizləndi. Ümumiyyətlə, son illər orada həmişə “çətin olub”. Əslində isə Paşinyan ilk növbədə Qərblə münasibətləri inkişaf etdirməyə sadiqliyini nümayiş etdirmək istəyir. Xüsusən də Nensi Pelosinin gəlişi ərəfəsində”.

Rusiyalı ekspert Ermənistan spikerinin Pelosinin səfəri ilə bağlı fikirlərinə də diqqət çəkib:

“Ermənistan parlamentinin spikeri Alen Simonyan deyir: “Nensi Pelosini mən dəvət etmişəm. Düşünürəm ki, onun səfəri Ermənistanın təhlükəsizliyi baxımından böyük əhəmiyyət kəsb edəcək. İrəvan indi bütün beynəlxalq tərəfdaşlardan maksimum təhlükəsizlik zəmanəti gözləyir”.

İrəvandakı bu siyasətçilər doğrudanmı Rusiyanın müttəfiqləridir?”


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər