“Ermənistan üçtərəfli bəyanat və bundan sonrakı yüksək səviyyəli razılaşmalar üzrə üzərinə götürdüyü öhdəliklərin heç birini yerinə yetirməyib”.
Teleqraf.com xəbər verir ki, bunu rusiyalı hərbi ekspert İqor Korotçenko deyib.
Ekspert Ermənistan və Azərbaycan arasındakı son gəlişmələrə diqqət çəkib:
“Ermənistan-Azərbaycan sərhədində baş verən son hadisələr Rusiya baxımından necə görünür?
44 günlük müharibənin başa çatmasından iki ilə yaxın vaxt keçir. Amma Ermənistan üçtərəfli bəyanat və bundan sonrakı yüksək səviyyəli razılaşmalar üzrə üzərinə götürdüyü öhdəliklərin heç birini yerinə yetirməyib. Ermənistan zamanla oynadı, yayındı, demaqogiya ilə məşğul oldu, müxtəlif silahlı təxribatlar törətdi.
Moskva İrəvanla Bakının yaxınlaşması üçün əlindən gələni etdi. Putin və Lavrov, rus diplomatiyası böyük iş gördü, lazım olan bütün görüşləri hazırladı və təşkil etdi və s.
Əvəzində heç bir iş görmürsənsə, heç olmasa sakit otur. İrəvan növbəti təxribatı törətdi: ötən günlərdə gecə saatlarında erməni diversantları Azərbaycan ərazisinə daxil olaraq yolları minaladılar. Bu və digər təxribatları yerindəcə aşkar edildikdə, qarşıdurma baş verdi. Beləliklə, Azərbaycan tərəfi qarşıdurmanın yarandığı və sərhədin delimitasiyası aparılmayan zonadakı Ermənistan Silahlı Qüvvələrinin bütün müdafiə məntəqələrini və hərbi obyektlərini zərərsizləşdirmək qərarına gəldi. Yəni işğalçı Ermənistana cavab verildi.
Təxribata cavab alan İrəvan KTMT-yə və Rusiyaya üz tutdu ki, bizim üçün vuruşun. Sual olunur ki, niyə?
Siz Azərbaycan ərazisini minalamağa cəhd göstərdiniz, bunun da cavabını aldınız. İndi kimsə sizin üçün niyə döyüşməlidir? Əgər pələngi bığından çəkməyə qərar verərsənsə, bu qərarın bütün nəticələri sizin probleminizdir.
Buna baxmayaraq, Rusiya siyasi-diplomatik üsullarla qarşıdurmanın dayandırılmasına vasitəçilik etdi. Buna görə İrəvandan minnətdarlıq əvəzinə, oradan eşitdik ki, bu, Rusiyanın yox, ABŞ-ın xidmətidir. Sonra isə Pelosi peyda oldu.
İndi ABŞ-la oyuna girirsən? Bundan sonra Rusiyanın yenidən ona atəş açanda və ya ərazisini minalamaq üçün sürünəndə səni Azərbaycanla tək qoymağa tam haqqı olacaq. Çox yox, cəmi beşcə gün...”.