Nyu-Yorkda ABŞ dövlət katibi Antoni Blinkenin Ermənistan və Azərbaycan xarici işlər nazirləri Ararat Mirzoyan və Azərbaycanın Ceyhun Bayramov ilə üçtərəfli görüşü başa çatıb.
Teleqraf.com xəbər verir ki, görüş rəsmi Vaşinqtonun təşəbbüsü ilə keçirilir.
***
00:37
Nyu-Yorkda ABŞ dövlət katibi Entoni Blinken, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın üçtərəfli görüşü başlayıb.
Bu barədə Teleqraf.com xarici mətbuata istinadən xəbər verir.
Xatırladaq ki, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti BMT Baş Assambleyasının 77-ci sessiyasında iştirak etmək üçün ABŞ-ın Nyu-York şəhərinə yola düşüb.