"Hər sərhəd məntəqəsində Azərbaycan bayrağı dalğalanacaq".
Teleqraf.com xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.
O bildirib ki, bu gün Azərbaycan torpaqları uğrunda canından keçən hərbçilərin anım günüdür:
"Şəhidlərimizin ruhu qarşısında baş əyirik. Onlar Azərbaycanın istiqlalı, ərazi bütövlüyü uğrunda canlarından keçdilər. Hər gün 10 minlərlə insan şəhidləri ziyarət edir. Xalqımız dövlətimizlə bir oldu, ölkə başçısının ətrafında sıx birləşərək düşmən başına ədalət yumruğu - "dəmir yumruq" endirildi. Əminəm ki, bütün sərhəd məntəqələrimizdə Azərbaycan bayrağı dalğalanacaq".