"Fransa vəziyyəti qiymətləndirmək üçün Ermənistana nümayəndə heyəti göndərəcək".
Teleqraf.com xəbər verir ki, bu barədə Fransa müdafiə naziri Sebastyan Lekornu öz Tvitter səhifəsində yazıb.
“Erməni həmkarım Suren Papikyanla Azərbaycanla sərhəddəki vəziyyəti müzakirə etmişəm. Vəziyyəti qiymətləndirmək üçün Fransa nümayəndə heyəti Ermənistana göndəriləcək”, - nazir bildirib.
Qeyd edək ki, dünən Fransa müdafiə naziri Parisdə erməni həmkarını qəbul edib.
Görüşdə Ermənistan-Azərbaycan sərhədindəki durum müzakirə olunub.