11 Noyabr 2022 21:00
2 004
12 Punto 14 Punto 16 Punto 18 Punto

Meyxanaçı Rəşad Dağlının qətlə yetirdiyi şəxsin yaxınları təsirkarı bağışlasalar da, onun ailə üzvlərindən narazılıq edirlər.

Teleqraf.com xəbər verir ki, mərhumun yaxınları Rəşad Dağlının atasının ölən şəxs haqqında işlətdiyi "narkobaron", "bariqa" ifadələrinə etiraz ediblər.

Qeyd edək ki, noyabrın 9-da Rəşad Dağlı şəxsi münasibətlər zəminində tanışı İsgəndər Mehtiyevi qətlə yetirib.

Meyxanaçının bıçaqladığı 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyev xeyli vaxt həbsxanada olub. Hadisəyə isə İsgəndərin Rəşad Dağlının arxasınca söyüş söyməsi səbəb olub.

İsgəndər Mehtiyev Cinayət Məcəlləsinin 234.4.3 (külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə uzun müddət həbsdə olub. O, təxminən hadisədən 15 gün əvvəl cəzasını başa vuraraq azadlığa buraxılıb.

İsgəndər Mehtiyev azadlığa buraxıldıqdan sonra dəfələrlə Rəşad Dağlıya zəng vuraraq onunla mübahisə edib.

Amma bəzi mənbələr mərhumun meyxanaçının şəxsi həyatı haqqında həqiqətə uyğun olmayan məlumatlar yaydığı üçün öldürüldüyünü bildirirlər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər