11 Dekabr 2014 21:24
723
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paytaxtın bəzi küçə və prospektlərində avtomobillərin hərəkətinə məhdudiyyət qoyularaq istiqamət dəyişdiriləcəkdir.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) bölmə rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov bildirib ki, ulu öndər Heydər Əliyevin xatirəsini anma mərasimi ilə əlaqədar ziyarət iştirakçılarının rahat, fasiləsiz və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə dekabrın 12-də səhər saat 7.00-dan mərasim başa çatanadək Parlament prospekti ilə Fəxri xiyaban istiqamətində bütün avtomobillərin hərəkətinə tam məhdudiyyət qoyularaq istiqamət dəyişdiriləcəkdir.

Teymur Elçin və Mehdi Hüseyn küçələrinin kəsişməsindən - Teleteatrın binasının yanından, Hüseyn Cavid prospekti ilə Mikayıl Müşviq küçəsinin kəsişməsindən, İzzət Nəbiyev və Abbasqulu Abbaszadə küçələrinin kəsişməsindən, Mətbuat prospektinin Mikayıl Müşfiq dairəsindən Parlament prospekti ilə Fəxri xiyaban istiqamətində bütün avtomobillərin hərəkətinə tam məhdudiyyət qoyularaq istiqamət dəyişdiriləcəkdir.

Sürücülərə alternativ yollardan istifadə etmələri tövsiyə olunur. Ziyarətə gələnlərdən ictimai nəqliyyatdan istifadəyə üstünlük vermələri xahiş edilir.


Müəllif:

Oxşar xəbərlər