15 Noyabr 2022 11:41
6 731
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Baş naziri Nikol Paşinyan konstitusiya dəyişikliyinə hazırlaşır.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan “Past” qəzeti məlumat yayıb.

Nəşr qeyd edir ki, Paşinyan 2023-cü ilin yazında (mart-aprel) konstitusiyaya dəyişikliyi ilə bağlı referendum keçirmək istəyir:

“Hökumətdəki mənbəmizin bildirdiyinə görə, artıq hazırlıq işlərinin görülməsi üçün müvafiq dairələrə tapşırıqlar verilib. Bununla belə, Paşinyan komanda üzvlərinə bildirib ki, referenduma nə vaxt və hansı dəyişikliklərlə gedəcəyinə yalnız o qərar verir.

Yeri gəlmişkən, mənbəmiz onu da qeyd edir ki, bəzi dairələr Ermənistanın yarı-prezident idarəetmə sisteminə keçməsində israr etsələr də, baş nazir parlament sisteminin davam etdirilməli olduğu qənaətindədir”.

Ermənistan baş naziri konstitusiya dəyişikliyinə hansı zərurətdən getmək istədiyi, ora hansı müddəaları əlavə etmək və ya çıxarmaq istədiyi məlum deyil. Amma bunun həm də Azərbaycan-Ermənistan sülh gündəliyi və Türkiyə ilə normallaşma prosesi ilə əlaqəli olduğunu deyən erməni ekspertlər də az deyil. Bu baxımdan, mümkün referendumda Azərbaycan və Türkiyəyə qarşı əsassız ərazi iddialarının Ermənistan konstitusiyasından çıxarılmasının səsverməyə çıxarılıb-çıxarılmayacağı maraq doğurur.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər