Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) baş direktoru Nazim İsmayılov vəfat edib.
Bu barədə APA-ya mərhumun yaxınları məlumat verib.
N.İsmayılov uzun sürən xəstəlikdən axşam saatlarında dünyasını dəyişib.
Qeyd edək ki, N.İsmayılov ANAMA-nın yaradıldığı tarixdən - 1998-ci ildən agentliyin rəhbəri vəzifəsində çalışıb.
O, Azərbaycanda ərazilərin minalardan təmizlənməsi işinin təşkilində xidmətlərinə görə bir neçə dövlət mükafatı ilə təltif olunub.
Allah rəhmət eləsin!