“Xalqımızın azadlıq və müstəqillik mübarizəsi tarixinin şanlı səhifələrindən biri olan bu gündə Azərbaycanın milli tərəqqisinə, xalqımızın rifahına aparan yolun başlanğıcı qoyulub”.
Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin tviterində yazılıb.
Nazirlik 17 noyab Milli Dirçəliş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib: “Bu gün Azərbaycanın Milli Dirçəliş Günüdür. Günümüz mübarək”.