20 Noyabr 2022 19:31
520
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti noyabrın 20-də Kamboca Krallığına səfərə gəlib.

Teleqraf.com xəbər verir ki, Pnompen beynəlxalq hava limanında nümayəndə heyətimizi ölkəmizin Kamboca Krallığındakı səfiri Şövqi Mehdizadə, Kamboca Milli Assambleyasının deputatları Ker Çanmoni, Man Navi, Mak Vanstiha, Ti Soxun və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində nümayəndə heyəti burada keçiriləcək Cənub-Şərqi Asiya Ölkələri Parlamentlərarası Assosiasiyası (AİPA) Baş Assambleyasının 43-cü iclasında iştirak edəcək.

Milli Məclisin sədrinin Kamboca Krallığının rəsmiləri və tədbirdə iştirak edəcək nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşləri nəzərdə tutulur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər