Qarabağlı separatçıların başçısı Araik Arutyunyan “nazir”ləri istefaya göndərib.
Teleqraf.com xəbər verir ki, o, bununla bağlı bir sıra “fərman”lar imzalayıb.
Qərara əsasən, qondarma rejimin “səhiyyə”, “kənd təsərrüfatı”, “təhsil”, “sosial inkişaf və miqrasiya”, “ərazi idarəetmə və infrastruktur”, “ədliyyə”, “xarici işlər”, “şəhərsalma”, “maliyyə və iqtisadiyyat nazirləri” postlarından uzaqlaşdırılıb.