6 Dekabr 2022 15:17
1 039
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə müdafiə naziri Hulusi Akar və onu müşayiət edən nümayəndə heyəti “Qardaş Yumruğu” adlı Azərbaycan-Türkiyə birgə təliminin Müşahidəçi Gününündə manevrləri azərbaycanlı həmkarı Zakir Həsənov və komandanlıq heyəti ilə izləyib.

Teleqraf.com xəbər verir ki, müşahidə başa çatdıqdan sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Akara zəng edərək, telefon vasitəsilə təlimdə iştirak edən şəxsi heyətə müraciət edib.

Prezident Ərdoğan “Qardaş Yumruğu” təliminin uğurla başa çatması münasibətilə şəxsi heyəti təbrik edərək deyib:

“Çətin ərazi və hava şəraitində keçirilən təlimlər iki ölkənin ordusunun güclənməsinə töhfə verəcək.

Siz bir millət, iki dövlət anlayışı ilə bu təlimləri uğurla həyata keçirdiniz. Dostlarınıza güc, düşmənlərinizə qorxu verdiniz. Bu güc sonrakı əməliyyatlarda ən vacib dinamizminiz olacaq.

Türkiyə və Azərbaycan gələcək üçün daha da güclənərək bu təlimlərlə həmrəylik və əməkdaşlıqlarını davam etdirəcək. Türkiyə olaraq bütün azərbaycanlı qardaşlarımızı ürəkdən sevirik. Sizi qəlbən bağrımıza basırıq. Bu təlimlər də göstərdi ki, biz bir-birimizlə ət və sümük kimiyik. Bizi heç kim bir-birimizdən ayıra bilməz, Allahın izni ilə də ayıra bilməyəcəklər. Qardaşım İlham Əliyevi göstərdiyi qardaşlıq və sevgiyə görə ürəkdən təbrik edir, gözlərinizdən öpürəm. Sağ olun, var olun”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər