8 Dekabr 2022 13:17
805
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransada “səfər”də olan Qarabağ separatçılarının başçısı Araik Arutyunyan Parisin meri Ann İdalqo ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, Paris meri görüşdə Azərbaycan əleyhinə separatizmə verdiyi dəstəyi növbəti dəfə təkrarlayıb.

İdalqo Azərbaycan ərazilərindəki qondarma qurumu “artsax”, separatçıları isə “arsax xalqı” adlandırıb. O, Parisin həmişə separatçıların yanlarında olduğunu bildirib.

Bir neçə gündür Parisdə olan Arutyunyan bu müddət ərzində fransalı parlamentarilərlə görüşüb, bu ölkənin parlamentində olub və dövlət telekanalına müsahibə verib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər