Avropa Birliyi (AB) Azərbaycan və Ermənistanı gərginliyi azaltmağa çağırıb.
Teleqraf.com xəbər verir ki, bu barədə AB-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə rəhbərinin sözçüsü Peter Stano Ermənistan mətbuatına açıqlamasında deyib.
AB rəsmisinin Xankəndi yolunda baş verənlərlə bağlı ünvanlanan suala cavabı belə olub:
“Avropa Birliyi dekabrın 3-dən etibarən Laçın dəhlizi ətrafında baş verən müxtəlif hadisələrdən xəbərdardır. Biz də bugünkü hadisələri yaxından izləyirik. Avropa Birliyinin Qarabağda mövcudluğu yoxdur, bu, bizə vəziyyəti daha yaxşı başa düşməyə imkan verəcək. Açıq mənbələrdən çoxsaylı erməni və Azərbaycan xəbərlərini izləyirik, Ermənistan və Azərbaycan rəsmiləri ilə əlaqə saxlayırıq”.
Stano Azərbaycan və Ermənistanı gərginliyi azaltmağa çağırıb:
“Avropa Birliyi tərəfləri təmkinli olmaq və təxribatçı ritorikadan çəkinmək çağırışlarını təkrarlayır. Avropa Birliyi həmçinin Qarabağın erməni əhalisinin hüquqları və təhlükəsizliyi ilə bağlı ehtiyac duyulan danışıqların nəticə verəcəyinə və gərginliyi azaldacağına ümid etdiyini bildirir”.