16 Dekabr 2022 11:45
4 626
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan xalqının Şuşa-Xankəndi yolundakı aksiyası qanuni şəkildə konstitusiya çərçivəsində keçirilir. Bu məsələ Azərbaycanın daxili işidir. Ona görə də Ermənilərin havadarlarının aksiya ilə bağlı yersiz hay-küy qaldırmasını qəbul etmirik”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Tural Gəncəliyev deyib.

Deputat Azərbaycan Konstitusiyasının 39-cu maddəsini əsas gətirərək bildirib ki, Azərbaycan xalqının özünün milli sərvətlərinin talan edilməsinə qarşı çıxış etməsi təbiidir:

"Şuşa-Laçın yolu qanunsuz silah daşınması üçün istifadə edilir və buna son qoyulmalıdır. Təssüflər olsun ki, Ermənistanın qanunsuz hərəkətlərindən Azərbaycan xalqı hələ də əziyyət şəkir, insanlarımız mina partlayışları nəticəsində həlak olur. Ermənistanın Şuşa-Laçın yolu ilə minalar daşıyaraq ərazilərimizdə basdırmasına son qoyulmalıdır".

Xankəndi seçki dairəsinin deputatı sonda qeyd edib ki, Laçın yolunda Azərbaycan fəallarının keçirdiyi aksiyanı dəstəkləyir.


Müəllif: Nemət

Oxşar xəbərlər