23 dekabr 2014-cü il tarixdə keçiriləcək Bələdiyyə seçkilərində Demokratik Təşəbbüslər İnstitutu (İDİ) müşahidəçilik funksiyasını həyata keçirəcək.
Teleqraf.com xəbər verir ki, müşahidəçilik prosesində ölkə ərazisində 125-seçki dairəsindən ən az 15 seçki dairəsində və bu seçki dairəsi əhatəsində olan 60 seçki məntəqəsi üzrə monitorinq həyata keçiriləcək. Müşahidəçilik zamanı səsverməyə hazırlıq, səsvermə prosesi və səslərin sayılması ayrı-ayrılıqda qiymətləndiriləcək. MSK-nın açıqlayacağı saatlara uyğun gün ərzində səsvermədə iştirak edəcək seçicilərin fəallığı ilə bağlı alternativ məlumatlar 5 dəfə ictimaiyyətə açıqlanacaq. Həmçinin müşahidə prosesinnin gedişi və baş verən pozuntularla bağlı İDİ gün ərzində müşahidə etdiyi məqamları ictimaiyyətlə bölüşəcək.
Səsvermə yekunlaşdıqdan seçki məntəqələrindən daxil olan məlumatlar toplanıb təhlil edildikdən sonra növbəti günlər monitorinqin nəticələrinə dair qiymətləndirmə və yekun rəy mediaya təqdim ediləcək.
Cavidan