24 Dekabr 2014 12:48
825
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Beynəlxalq Muğam Mərkəzində “İrəli” ictimai birliyinin təsis olunmasının 6 illiyinə həsr olunan toplantı keçirilib.


Teleqraf.com-un məlumatına görə, tədbirdə Prezident Administrasiyasının (PA) İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, gənclər və idman nazirinin müavini İntiqam Babayev, Azərbaycan Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, Milli Məclisin bir qrup deputatı və digər şəxslər iştirak edib.

“İrəli” ictimai birliyinin sədri Mirhəsən Seyidov çıxışında bildirib ki, rəhbərlik etdiyi təşkilat 6 il öncə Azərbaycan Prezidenti İlham Əliyevin doğum günündə yaradılıb. O, “İrəli” ictimai birliyi adından Prezident İlham Əliyevə təbrik məktubu göndərildiyini diqqətə çatdırıb: “Azərbaycanda gənclər siyasətindən danışarkən, ulu öndər Heydər Əliyevin rolunu vurğulamamaq olmaz. Bu siyasət bu gün cənab Prezident İlham Əliyev tərəfindən çox uğurla davam etdirilir. “İrəli” ictimai birliyi də bu siyasətdən irəli gələrək, öz fəaliyyətini qurub. Biz öz ad günümüzü bu gün burada qeyd etməyəcəyik. Bunun üçün biz sabah cəbhə bölgəsinə səfər edəcəyik və “İrəli” ictimai birliyinin 6 illiyini əsgərlərimizlə birgə qeyd edəcəyik və ad günü tortumuzu orada kəsəcəyik”.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev qeyd edib ki, indi “İrəli” ictimai birliyi gənclər siyasətinin həyata keçirilməsinə öz töhfəsini verir: “Azərbaycanda gənclər üçün dövlət tərəfindən hər cür şərait yaradılır. Buna misal olaraq özündə kifayət sayda gəncləri birləşdirən “İrəli” ictimai birliyinin fəaliyyətini göstərmək olar. Mən də fürsətdən istifadə edərək cənab Prezidenti və “İrəli” ictimai birliyini ad günü münasibətilə təbrik edirəm”.


PA-nın sektor müdiri V.Quliyev isə “İrəli” ictimai birliyinin fəaliyyətini yüksək qiymətləndirdiyini söyləyib. Onun sözlərinə görə, indi Azərbaycanın ən fəal gəncləri məhz “İrəli”də olmağa çalışır: “Mən də öz növbəmdə cənab Prezidenti və “İrəli” ictimai birliyini təbrik edirəm”.

Gənclər Fondunun icraçı direktoru F.Hacıyev qeyd edib ki, indi müstəqil Azərbaycan dövləti bütün sahələrdə uğurla inkişaf edir: “Bu inkişafın əsasını ulu öndər Heydər Əliyev qoyub və bu gün də cənab Prezident tərəfindən uğurla davam etdirilir. Azərbaycanda dövlət-gənclər siyasəti bizi çox qürurlandırır. Bu gün Azərbaycan gəncliyi ciblərində gəzdirdiyi şəxsiyyət vəsiqəsi ilə qürur hissi keçirir. Azərbaycan dövləti dünyanın hər yerində tanınır. Buna görə də biz cənab Prezidentimizə borcluyuq. Mən hər bir gəncimizi cənab Prezident İlham Əliyev qədər vətənpərvər olmağı arzu edirəm”.

Qeyd edək ki, tədbirdə “İrəli” ictimai birliyinin yeni loqosu və saytının da təqdimatı olub.

Bəxtiyar


Müəllif:

Oxşar xəbərlər