Gürcüstan hökuməti Kahramanmaraşda baş verən zəlzələlərdə dağıntılar altında qalanların xilas edilməsinə dəstək olmaq üçün Türkiyəyə axtarış-xilasetmə qrupu göndərib.
Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
60 nəfərdən ibarət axtarış-xilasetmə qrupu artıq yola düşüb.
Açıqlamada o da bildirilib ki, təlim keçmiş itlər və müvafiq avadanlıqlar komanda ilə birlikdə Türkiyəyə göndərilib.
Qeyd edək ki, güclü zəlzələ nəticəsində ölənlərin sayı 1651-ə, yaralıların sayı isə 11 119-a çatıb. Təbii fəlakət nəticəsində 3 471 bina dağılıb.
Fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətində 7,7 və 7,6 bal gücündə iki zəlzələ baş verib.