7 Fevral 2023 10:31
5 735
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə baş verən güclü zəlzələdən sonra Malatya İnönü Universitetində təhsil alan 4 azərbaycanlı tələbə ilə bağlı dəqiqləşmələr aparılır.

Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə Teleqraf.com-un sorğusuna cavab olaraq bildirib.

Onun sözlərinə görə, həm Malatya İnönü Universitetində təhsil alan Samir Quliyev, Şahin Verdiyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadə, həm də zəlzələ bölgələrində təhsil alan tələbələrin sayı barədə məlumatlar araşdırılır: "Hazırda xilas olunan tələbələrin sayı barədə dolğun məlumat yoxdur. Dəqiqləşmələrdən sonra ictimaiyyətə məlumat verəcəyik".

Azərbaycanın Türkiyədəki səfirliyinin Malatyadakı nümayəndəsi Elvin Əhmədov Teleqraf.com-a açıqlamasında bildirib ki, tələbələrin vəziyyəti barədə rəsmi qurumlardan cavab gözləyirlər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər