Hazırda Malatyadayam, qardaşımın yaşadığı binanın yanına getdim, xilasetmə işləri davam edir. Hələlik qardaşımgildən bir xəbər yoxdur, gözləyirik.
Bu sözləri Teleqraf.com-a açıqlamasında dağıntılar altında qalan Malatya İnönü Universitetinin tələbəsi Gündüz Nəzərzadənin qardaşı Arzuman Nəzərzadə deyib.
"Xəstəxanaları axtardıq, qardaşım və digər üç yoldaşının adları siyahılarda yoxdur", - o bildirib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə Teleqraf.com-un sorğusuna cavab olaraq bildirib ki, Malatyadakı dörd azərbaycanlı tələbə ilə bağlı dəqiqləşmələr aparılır.