8 Fevral 2023 17:52
1 906
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Fransa Ermənistan-Azərbaycan sərhədində yerləşdiriləcək Avropa Birliyi (AB) missiyasının tərkibində jandarmalar göndərəcək”.

Teleqraf.com xəbər verir ki, bu barədə fransalı deputat Natali Luazo məlumat verib.

Onun sözlərinə görə, AB uzun müddət münaqişədən uzaq qalıb, Brüssel və ATƏT daha çox iş görməlidir.

Luazo deyib ki, ötən ilin oktyabrında Praqada Azərbaycan prezidenti, Ermənistanın baş naziri, AB şurasının prezidenti və Fransa prezidentinin dördtərəfli görüşündə Ermənistan-Azərbaycan sərhədində müşahidə missiyası göndərilməsi qərara alınıb.

“İndi genişləndiriləcək, məncə, bu dördtərəfli formata uyğundur”, - fransalı deputat bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər